Şamil Ayrım: Azərbaycanda seçkilər tam şəffaf keçirilib

Şamil Ayrım: Azərbaycanda seçkilər tam şəffaf keçirilib
# 08 fevral 2024 12:36 (UTC +04:00)

2-3 gündür Azərbaycandayıq. Azərbaycan xalqı 7 il onları idarə edəcək prezidenti seçmək üçün seçkiyə getdi.

APA xəbər verir ki, bunu Türkiyə parlamentinin nümayəndə heyətinin rəhbəri Şamil Ayrım 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Şamil Ayrım seçki prosesində heç bir problemin yaşanmadığını vurğulayıb: "Sanki seçki yox, bayram idi. Seçkilər tam şəffaf oldu, məntəqələrdə hər kəsə səs vermək üçün rahat şərait yaradılmışdı".

O bildirib ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçirilib:

"Seçicilərin çox hissəsi Ali Baş Komandan İlham Əliyevə səs verdi. Onlar ölkədə bundan sonra həyata keçiriləcək vacib işlərin qarşısını açdılar. Seçkilərdən bir qədər əvvəl xarici qüvvələr bəzi "hesabat"lar hazırladılar ki, burada seçki demokratik keçirilməyəcək. Bizim nümayəndə heyəti bunu heç cür qəbul etmir, tamamilə rədd edirik.

Azərbaycan 30 ildir müstəqil şəkildə siyasət aparır. Azərbaycanda seçkilər tam şəffaf keçirilib. Biz Azərbaycanın həmişə yanında olacağıq. Azərbaycanın sabitlik içində olması heç kimi narahat etməməlidir. Biz istəyirik, regiondan olan 6 ölkə arasında normal münasibətlər olsun. Uzun illərdir bu coğrafiyada ancaq qan töküldü. Biz bunu istəmirik. İnşallah, İlham Əliyev Azərbaycan xalqından aldığı dəstəklə ölkəni daha da inkişaf etdirəcək".

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR