Bank Of Baku

Serbiyalı deputat: Seçki prosesi yüksək demokratiya şəraitində təşkil olunub

Jivota Starçeviç

© APA | Jivota Starçeviç

# 01 sentyabr 2024 11:31 (UTC +04:00)

"Azərbaycan Parlamentinə bu gün keçirilən növbədənkənar seçki prosesi son dərəcə yüksək demokratiya şəraitində təşkil olunub".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiyanın Milli Assambleyasının üzvü Jivota Starçeviç söyləyib.

O vurğulayıb ki, təmsil etdiyi missiyasının qənaətinə əsasən, Azərbaycandakı Parlament seçkilərinin növbədənkənar keçirilməsi həm yerli, həm də beynəlxalq qanunvericiliyə müvafiqdir:

"Bu gün səhər Bakıda bir neçə məntəqədə müşahidə aparmaq imkanım olub. Bildirmək istəyirəm ki, Azərbaycanda bugünkü seçki prosesi yüksək demokratiya şəraitində təşkil olunub. Bilirsiniz ki, Azərbaycanda budəfəki seçkilər növbədənkənar keçirilir. Bu da qanunvericiliyə tamamilə uyğundur. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin səsvermə prosesini izləməsi üçün beynəlxalq qanunvericiliyə uyğun şəkildə şərait yaradılıb. Mən bütün bunlardan çox məmnunam".

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR