Serbiyalı vitse-spiker: Seçki prosesində yüksək demokratiya prinsiplərinə riayət olunub

Serbiyalı vitse-spiker: Seçki prosesində yüksək demokratiya prinsiplərinə riayət olunub
# 08 fevral 2024 16:21 (UTC +04:00)

“Azərbaycan xalqını tarixi seçki münasibətilə təbrik edirəm. Bu texniki cəhətdən çox yaxşı şəkildə təşkil edilmiş bir seçki idi”.

APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Serbiya parlamentinin vitse-spikeri, heyət rəhbəri Sandra Boziç deyib.

Müşahidələrimiz seçkilərdə konstitusion hüquqların çox yüksək səviyyədə təmin edildiyini deməyə əsas verir.

“Xankəndi və Şuşada seçki prosesini müşahidə etdik. Seçki prosesində yüksək demokratiya prinsiplərinə riayət olunduğunun şahidi olduq. Seçkilərdə hər hansı təhdid yaradan qanun pozuntusu olmayıb. Bu isə seçkilərin tam legitim şəkildə keçirildiyindən xəbər verir. Xarici müşahidəçilər qismində bütün sənədlərə əlçatanlıq, bütün seçki məntəqələrində müstəqil formada müşahidə aparmağa şərait yaratdığı üçün Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə təşəkkür edirik”, - Sandra Boziç əlavə edib.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR