Biz Belarusdan 14 nümayəndə ilə təmsil olunmuşuq və Azərbaycanın müxtəlif regionlarında seçki prosesini izləmişik. Mən şəxsən Füzuli, Şuşa və Xankəndidə seçki prosesini izləmişəm.
APA-nın məlumatına görə bunu, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Sergey Xomenko mətbuat konfransında bildirib.
"Bu seçki işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün bir növ bayram idi. Onlar seçkilərdə öz ailə üzvləri və övladları ilə birgə iştirak edirdilər. Mən bu seçkiləri nümunəvi seçki olaraq qeyd etmək istəyirəm, çünki parlament seçkiləri şəffaf və təhlükəsiz şəkildə keçirilib" - deyə o qeyd edib.
Sergey Xomenko qeyd edib ki, ictimai asayışın təşkili, xalqın bu seçkilərdə iştirak etmək əzmini yüksək qiymətləndirir. Ümumilikdə seçkilər demokratik pirinsiplərə uyğun keçirilib.
"Azərbaycan mənim üçün doğma yerdir. Biz əsasən müşahidələrimizi azad edilmiş ərazilərdə keçirmişik. Çünki hərbi əməliyyatlardan sonra azad edilmiş ərazilərdə seçkilərin necə keçirilməsinin müşahidə olunması zərurət yaranmışdı. Müşahidələrimiz onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərində Seçki Məcəlləsinin heç bir müddəası pozulmayıb”, - Sergey Xomenko bildirib.