"Bizdə olan məlumata görə, bəzi seçicilərin şəxsiyyət vəsiqəsinin müddəti başa çatıb”.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O diqqətə çatdırıb ki, bu, onların səs verməsinə maneə deyil: “Burdan rəsmi olaraq bildiririk ki, vaxtı ötmüş şəxsiyyət vəsiqəsi heç bir seçicini səsvermə hüququndan məhrum etmir. Səs vermələri üçün onlara bütün şərait yaradılacaq”.