124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin məntələrində səsvermə prosesi davam edir.
Seçki dairəsinin Şuşadakı 46 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova APA-ya bildirib ki, indiyə qədər heç bir qayda pozuntusu qeydə alınmayıb.
Sözügedən məntəqədə 768 nəfər seçicinin səs verməsi gözlənilir. Məntəqədə yerli müşahidəçilərlə yanaşı beynəlxalq müşahidəçilər də prosesi izləyir.
Qeyd edək ki, 124 saylı dairə üzrə 93 məntəqədə səsvermə prosesi aparılır. Onlardan dördü işğaldan azad edilmiş ərazilərdə yaradılıb. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 450 nəfərdir.