Tacikistan nümayəndəsi: Seçkidə hər hansı qanun pozuntusu olmayıb

Tacikistan nümayəndəsi: Seçkidə hər hansı qanun pozuntusu olmayıb
# 08 fevral 2024 11:49 (UTC +04:00)

“Azərbaycanda seçicilərlə hərtərəfli iş həyata keçirilib. Bu işlər Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam cavab verib”.

APA xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının rəhbəri Baxtiyer Xudoyerzoda Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O qeyd edib ki, ictimai təşkilatların, siyasi partiyaların bu prosesdə rolu danılmazdır:

“Keçirilmiş müşahidələr onu göstərdi ki, hazırlıq işləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun həyata keçirilib. Bakı şəhəri üzrə bir neçə seçki məntəqəsində olduq. Seçki zamanı seçicilərin seçmə hüququna təsir edə biləcək hər hansı qanun pozuntusu olmayıb”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR