Bank Of Baku

Ucar və Qəbələdə vətəndaşlar səs verir - FOTO

Ucar və Qəbələdə vətəndaşlar səs verir - FOTO
# 01 sentyabr 2024 08:52 (UTC +04:00)

94 saylı Ucar seçki dairəsinin məntəqələrində növbədənkənar parlament seçkilərinə start verilib.

APA-nın yerli bürosu xəbər verir ki, məntəqələrdə seçicilərin səsvermə hüquqlarından istifadə etməsi üçün şərait yaradılıb.

Məntəqələrin bir qismində veb-kameralar quraşdırılıb.

Dairənin məntəqələrində, o cümlədən 6 saylı məntəqədə seçici fəallığı müşahidə olunur. Məntəqə üzrə 1171 seçici qeydə alınıb. Onlardan da 11 nəfəri ilk dəfə səsvermədə iştirak edən vətəndaşlardır.

116 saylı Qəbələ seçki dairəsinin məntəqələrində də səsvermə start götürüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, 4 saylı seçki məntəqəsində səsvermənin başladığı ilk dəqiqələrdən seçici aktivliyi müşahidə olunur.

Zahid Abışov

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR