Ucarda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir - FOTO

Ucarda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir - FOTO
# 07 fevral 2024 08:49 (UTC +04:00)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar təlimata uyğun olaraq səhər saat 8:00-da Ucar 94 saylı seçki dairəsinin 3 saylı məntəqəsində də seçkiyə start verilib.

APA-nın yerli bürosu xəbər verir ki, seçicilərin səs vermə hüquqlarından rahat və təhlükəsiz istifadə etmək məqsədi ilə zəruri şərait yaradılıb.

Məntəqədə şəffaflığı təmin etmək məqsədi ilə veb-kameralar quraşdırılıb, qeydiyyatdan keçmiş hər bir müşahidəçi üçün yerlər ayrılıb. Məntəqəyə daxil olan seçici müəyyən prosedurlardan keçdikdən sonra istədiyi namizədə səs verir.

Polis əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədi ilə təlimata uyğun məsafədə xidmət aparır. Qeyd edək ki, məntəqədə 1282 seçici qeydə alınıb ki, onlardan 23 nəfəri ilk dəfə səsvermədə iştirak edən vətəndaşlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR