Xankəndi şəhərində növbədənkənar parlament seçkiləri ilə bağlı "Exit-poll" təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərindəki 14 saylı seçki məntəqəsində "Exit-poll" fəaliyyət göstərir.
"Exit-poll" "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) tərəfindən keçirilir.