Bank Of Baku

Azad olunmuş ərazilərdə bir sıra QPS-lər tikilir

Azad olunmuş ərazilərdə bir sıra QPS-lər tikilir
# 30 may 2025 14:29 (UTC +04:00)

SOCAR Qaz İxrac idarəsi "Qubadlı" qaz paylayıcı stansiyasının (QPS) tikintisinə hazırlıq işləri aparıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Xankəndidə keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında Qaz İxrac İdarəsinin rəis müavini Sərxan Babaşov bildirib.

Onun sözlərinə görə, "Qubadlı" QPS-in tikintisinə başlanılması üçün müvafiq hazırlıq işləri aparılıb, ərazinin minalardan təmizlənməsi istiqamətində işlər görülüb: "Bununla yanaşı, idarə tərəfindən azad olunmuş ərazilərdə bir sıra QPS-in tikintisi aparılır. Ərazilərdə "Laçın", "Mincivan", "Cəbrayıl" və "Zəngilan QPS-in tikintisi aparılır və işlər müvafiq olaraq 93%, 45%, 29% və 18% yerinə yetirilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR