ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçilib - FOTO

ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçilib - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 07:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçilib.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, Assosiasiya Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə bir başa əlaqədar olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. kimi sahələr üzrə peşəkar tədrisin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə cəmləşdirir.

“ADA-nın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akkreditasiya əldə etməsidir. APSİA-ya üzvlük bu istiqamətdə atılmış addımlardan biridir” - deyə ADA-nın rektoru Hafiz Paşayev bildirib.

Assosiasiyaya üzv olan digər universitetlərin rektor və dekanları adından ADA-nı təbrik edən APSİA Proqram İcraçısı Marqaret Braun üzlük nəticəsində ADA tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək, XXI əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulayıb.

ADA eyni zamanda Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, ADA-da Avropa Şurası Mərkəzi fəaliyyətə başlayacaq. Bu mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa Şurası Münasibətləri üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR