Ukrayna hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətində deyil

Ukrayna hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətində deyil
# 21 yanvar 2014 18:19 (UTC +04:00)

Bakı-APA. Ukrayna hakimiyyəti paytaxt Kiyevdə baş vermiş iğtişaşlarla bağlı ölkədə fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətində deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klyuyev bəyan edib.

“Fövqəladə vəziyyət elan olunmayacaq”, deyə o jurnalistlərə bildirib.

APA – nın bu gün UNN agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın hakim partiyasının parlament fraksiyası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyə biləcəyini bəyan etmişdi. Bunu “Regionlar Partiyası”nın parlament fraksiyası sədrinin I müavini Mixail Çeçetov bildirmişdi.

“Əgər belə bir zərurət yaransa, Ukraynanın milli maraqlarından çıxış edərək müvafiq qərarı verəcəyik”, - deyə o vurğulamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR