ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib
# 04 sentyabr 2015 10:16 (UTC +04:00)

Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 4-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR