Bank Of Baku

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1

Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO  - YENİLƏNİB-1
# 25 iyun 2026 16:14 (UTC +04:00)

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası başa çatıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.

Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

Hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.

***

14:12

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, saat 14:00-a olan məlumata görə, qan verən donorların sayı 2534 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.

***

12:08

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb.

Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

***

10:36

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Bildirilib ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.

***

09:00

Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.

APA xəbər verir ki, bu il qanvermə tədbirləri aşağıdakı ünvanlarda təşkil olunub:

S/n

Şəhər, rayon

Qanvermə aksiyasının keçirildiyi yer

1

Xəzər

Mirmövsüm Ağa Ziyarətgahı

2

Nəsimi

Əjdərbəy məscidi (Göy məscid)

3

Nizami

“Sahib-əz-Zaman” məscidi

“Şah Abbas” məscidi

4

Səbail

“Bibiheybət” məscid ziyarətgahı

5

Sabunçu

“İmam-Rza” məscidi

6

Suraxanı

“Qaraçuxur” məscidi

7

Yasamal

“Təzə Pir” məscidi

İlahiyyat İnstitutu

8

Binəqədi

Came məscidi

“İmam Əli” məscidi

9

Gəncə

“İmamzadə” məscid ziyarətgah kompleksi

10

Lənkəran

Mərkəzi Qan Bankının Lənkəran bölməsi

11

Mingəçevir

“Heydər” məscidi

12

Sumqayıt

“Cümə” məscidi

13

Şəki

“İmam Əli” məscidi

14

Şirvan

Şirvan şəhər məscidi

15

Bərdə

“İmamzadə” ziyarətgah məscidi

16

Quba

Mərkəzi Qan Bankının Quba bölməsi

17

Masallı

“Cümə” məscidi

Masallı r-n Boradigah qəsəbə xəstəxanası

18

Göyçay

“Əbülfəzlil Abbas” məscidi

19

Xaçmaz

Rayon Mərkəzi Xəstəxanası

20

Salyan

“Hacı Tağı” məscidi

21

Şuşa

“Yuxarı Gövhər ağa” məscidi

22

Ağdam

Ağdam şəhər “Cümə” məscidi

23

Naxçıvan şəhəri

“Heydər” məscidi

Sarvanlar məscidi

Pirqəmiş məscidi

24

Babək

Mərkəzi Rayon Xəstəxanası

Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri

25

Ordubad

Rayon Mərkəzi Xəstəxanası

26

Culfa

Rayon Mərkəzi Xəstəxanası

Bənəniyar kənd həkim məntəqəsi

27

Şahbuz

Rayon Mərkəzi Xəstəxanası

28

Kəngərli

Rayon Mərkəzi Xəstəxanası

29

Sədərək

Rayon Mərkəzi Xəstəxanası

30

Şərur

Rayon Mərkəzi Xəstəxanası

Qeyd edək ki, qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR