Sabirabadda evdə yanaraq ölən bir ailənin 5 üzvü dəfn olunub - FOTO

Sabirabadda evdə yanaraq ölən bir ailənin 5 üzvü dəfn olunub - <span style="color: red;">FOTO
# 17 dekabr 2014 10:10 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaratuğay kəndində Rzayevlər ailəsində keçirilən mərasimdən sonra mərhumlar kənd qəbiristanlığında torpağa tapşırılıblar. Dəfn mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, mərhumların qohumları iştirak edib.

Qeyd edək ki, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı və onun övladları 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı yanaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR