Doktoranturanın qiyabi təhsil almaq hüququnun kimlərə şamil ediləcəyi müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupu tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, doktoranturada təhsil əyani və qiyabi təhsilalma formasında həyata keçiriləcək. Doktoranturanın qiyabi təhsilalama formasında təhsil almaq hüququna yalnız ali təhsil müəssisələrində (kollec istisna olmaqla) və elmi təşkilatlarda işləyənlər malik olacaq.
Qeyd edilib ki, doktorantura (adyunktura) - yüksək səviyyəli elmi kadr hazırlığının həyata keçirildiyi ali təhsilin üçüncü və Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səkkizinci səviyyəsidir.
Doktoranturanın qiyabi təhsil almaq hüququnun kimlərə şamil ediləcəyi müəyyənləşir
© APA | Azərbaycan Milli Elmlər Akademiyası
29 oktyabr 2021 12:30 (UTC +04:00)
Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024