Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” adlı zona yarışları keçirilib

Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” adlı zona yarışları keçirilib
# 24 may 2016 13:00 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” adlı zona birinciliyi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən olan 5 komanda iştirak edib.


Komandalar fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdə bacarıqlarını nümayiş etdirib. Açılış mərasimində yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs edilib.



Yarış iştirakçıları kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, axtarış xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı adlı mərhələlərdə güclərini sınayıb. Gərgin keçən mübarizədə Quba komandası 3-cü, Siyəzən komandası 2-ci, Xaçmaz komandası isə 1-ci olub.


Zona yarışının qalibi olan komanda ümumrespublika yarışında iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR