Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı kəskin artıb

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı kəskin artıb
# 13 may 2016 10:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2 129 nəfər artaraq 29 994 nəfərə çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərdən 89,1%-i kişilər, digərləri isə qadınlardır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb. Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Türkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdurlar.

Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR