Zaur Qəhrəmanov: "TANAP-dan sabit şəkildə gəlir əldə etmək mümkün olacaq"

Zaur Qəhrəmanov: "TANAP-dan sabit şəkildə gəlir əldə etmək mümkün olacaq"
# 22 yanvar 2018 11:06 (UTC +04:00)

"SOCAR TANAP layihəsində 58% paya malikdir. Dənizə çıxışımız olmadığı üçün hasil edilən karbohidrogenləri ölkə xaricinə çıxarmaq bizim üçün çox önəmlidir. Bu baxımdan TANAP boru kəməri bizim üçün olduqca önəmlidir".

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyənin “Kapital” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda TANAP boru kəmərinin tikintisi üzrə işlərin 93%- yekunlaşıb: “Biz gələn ilin ortasında Türkiyəyə ilk qazı satmağı planlaşdırırıq. Bildiyiniz ki, TANAP-ın ümumi xərclərinin 8,5 milyard dollar olacağını gözləyirik”.

Z. Qəhrəmanov TANAP-dan əldə olunacaq gəlirə gəldikdə isə bildirib ki, hazırda bu barədə danışmaq tezdir: “Bu, boru kəmərindən keçəcək qazın həcmində asılıdır. Türkiyəyə gələn qazın və Türkiyədən gedən qazın həcmi ildən-ilə dəyişəcək”.

O, TANAP-ın sabit gəlirli layihə olduğunu vurğulayıb: “Bu layihə ilə daimi gəlir əldə olunacağını bilirik. Belə bir layihə həyata keçirilərkən uzun müddətli qiymətləndirmə aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR