Azərbaycan şəkər idxalını azaldıb

Azərbaycan şəkər idxalını azaldıb
# 17 iyul 2018 13:25 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 23 mln. 085,24 min ABŞ dolları dəyərində 57 min 398,26 ton şəkər idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ilə müqayisədə 91 min 689,13 ton və ya 2,6 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 47 mln. 666,31 min dollar və ya 3,06 dəfə azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 70 mln. 751,55 min dollar dəyərində 149 min 087,39 ton şəkər idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,50-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR