Braziliyada avtomobil kütləyə çırpılıb, ölən və yaralananlar var

Braziliyada avtomobil kütləyə çırpılıb, ölən və yaralananlar var
# 19 yanvar 2018 04:54 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil kütləyə çırpılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məşhur Kopakabana kurortunda baş vermiş insident nəticəsində 1 azyaşlı ölüb, 15 nəfər xəsarət alıb.

Avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda adlı şəxs saxlanılıb. Sürücünün sözlərinə görə, sükan arxasında olarkən o epilepsiya tutması keçirib, nəticədə avtomobil idarəetmədən çıxıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR