Bank Of Baku

Nura Suri səhnədən gedir

Nura Suri səhnədən gedir
# 20 iyun 2008 10:50 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında üçüncü dəfə ana olmağa hazırlaşan müğənni Nura Suri (Aynurə) deyib. O, sənətdən getməyinin səbəbini bugünkü şou-biznesdə olan söz-söhbətlərdən yorulması ilə əlaqələndirib: “Bəyəm atasız uşaq olur? Sadəcə, şəxsi həyatım və həyat yoldaşım haqqında məlumat verməyi xoşlamıram. O, şou-biznesdən uzaq adamdır, əgər şou-biznesə dəxli olsaydı, adını açıqlayardım. Bu gün bir çox müğənni kiminləsə nikahsız yaşayır, sonra da efirə çıxıb namusdan-qeyrətdən, təmizlikdən danışır. Ayıbdır”. Nura daim göz qabağında olmaqdan da yorulduğunu açıqlayıb: “İstəmirəm mənim varlığım, yoxluğum, bütün həyatım daim diqqətdə olsun. Bütün bunlar məni yorub”.
O, hazırda kitab yazdığını bildirib: “Mən heç vaxt işsiz qalmayacağam, özümə bir sənət tapıb məşğul olacağam. Ana dilimizlə yanaşı, beş dil bilirəm. Yazı yazmaq üçün ilk növbədə vaxt lazımdır. Həm də elə yazmaq lazımdır ki, seçilsin. Ssenari də yazmaq fikrindəyəm. Hazırda yarımçıq qalan yazılarım çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR