Bank Of Baku

Azərbaycanda “Eurovision-2009” müsabiqəsinin seçim turlarına avqustda start veriləcək

Azərbaycanda “Eurovision-2009” müsabiqəsinin seçim turlarına avqustda start veriləcək
# 25 iyun 2008 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin avqustunda Azərbaycanda “Eurovision-2009” müsabiqəsinin seçim turları başlanılacaq. Bu barədə APA-ya “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. Onun sözlərinə görə, hazırda seçim turunun hansı formada aparılması müəyyənləşdirilir: “Ola bilsin ki, bu il seçimlər başqa formada aparılacaq. Hazırda seçimlərin hansı formada aparılacağını müəyyənləşdiririk. Ümidvarıq ki, Azərbaycan “Eurovision-2009” müsabiqəsində də layiqli təmsil olunacaq”. A. Kərimli qeyd edib ki, “Eurovision-2009” müsabiqəsinin Moskvada deyil, Sankt-Peterburqda keçirilməsi gözlənilir. Bununla əlaqədar müsabiqənin Təşkilat Komitəsinin rəsmi qərarı yaxın günlərdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR