Bank Of Baku

Ruhi erməni əsilli müğənni ilə eyni səhnədə çıxış etməkdən imtina edib

Ruhi erməni əsilli müğənni ilə eyni səhnədə çıxış etməkdən imtina edib
# 27 iyun 2008 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyulun əvvəllərində “Best model of Azerbaidjan” model yarışmasının seçimlərinə start veriləcək. Müğənni Ruhinin prezidentliyi ilə həyata keçiriləcək yarışmada bir sıra yeniliklər nəzərdə tutulur. Ruhi APA-ya bildirib ki, hazırda müsabiqənin reklam çarxları və plakatları hazırlanır. O, müsabiqə ilə bağlı bir neçə gün əvvəl Şimali Kiprə nəzərdə tutulan səfərini təxirə saldığını da açıqlayıb. Sənətçinin sözlərinə görə, səfərin təxirə salınmasına ona erməni əsilli sənətçi ilə eyni səhnəyə çıxmaq təklifi səbəb olub: “Bu müğənni Fransada yaşayan və Türkiyədə çox sevilən Enriko Masiasdır. Tədbir Kiprdə Əyləncə Mərkəzlərindən birinin açılışı ilə bağlı idi. Həmin tədbirdə dünyanın tanınmış simaları və model biznesi ilə məşğul olan mütəxəssislər iştirak edirdi. Məni həmin tədbirə Erkan Özerman dəvət etmişdi. Tədbirdə Enriko Masiasla eyni səhnədə çıxış etməli idim. Lakin erməni əsilli bir şəxslə eyni səhnədə çıxış etməyi lüzum bilmədim. Səfərin hətta biletləri alınsa da, mən səfərdən imtina etdim”.
Qeyd edək ki, “Best model of Azerbaidjan” model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR