Bank Of Baku

Röya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək

Röya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək
# 27 iyun 2008 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Röyanın 5-7 iyulda Yaşıl Teatr Bakı Konsert Kompleksində verəcəyi konsertdə bir sıra sürprizlər olacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, üç günlük konsertdə Röya pərəstişkarları qarşısında yeni yazdırdığı mahnılarla çıxış edəcək. “Deməyəcəm” adı altında keçiriləcək konsertdə Röya səhnədə tək olmayacaq. O, hər bir mahnını müxtəlif yerli sənətçilərlə birgə ifa edəcək. Hər üç konsertdə sənətçi üç saata yaxın səhnədə olacaq. Röyanın konsert geyimləri modelyer Zemfira Qurbanova tərəfindən hazırlanır. Konsertin biletlərinin qiyməti 20-100 manat arasında dəyişir. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR