Bank Of Baku

Xuraman Şuşalı: “Bal ayımı Amerikada keçirəcəyəm” - FOTOSESSİYA

Xuraman Şuşalı: “Bal ayımı Amerikada keçirəcəyəm” - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyul 2008 10:32 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Onun sözlərinə görə, hazırda toy hazırlıqlarına başı qarışıb, ancaq onun haqqında gəzən söz-söhbətlər də əsəblərini tarıma çəkib: “Hətta deyirlər ki, nişanım saxtadır. Əgər nişanlı deyiləmsə, niyə hamısı əl-ayağa düşüb? Niyə bu işi pozmaq üçün min vasitəyə əl atırlar? Axı onları yandıran nədir? Allah hamısına toy qismət eləsin. Onlar əslində sevinməlidirlər ki, mən ailə qururam, əgər 5 dəfə görünürdümsə, indi 3 dəfə görünəcəyəm. Tolik isə bu işlərdə ortalıqda oynadılan peşkadır. Hamı bilir ki, o, nə işlərlə məşğul olur, hansı cinayətdə əli var. Hələ bununla bağlı da araşdırmalar olacaq”. Xuraman Şuşalı söz-söhbətlərə son qoymaq üçün heç bir addım atmaq fikrində olmadığını da vurğulayıb: “Nişanlımın kimliyi toy günündə açıqlanacaq. İndi açıqlasam, işimizi lap korlayarlar. Gedib onu tapıb başına bir iş gətirərlər. Söz verdiyim kimi avqustun 8-də toyumdur. Hətta toy günümü açıqladığım üçün də peşimançılıq çəkirəm. Elə toy günümü biləndən sonra hamısı əl-ayağa düşüblər. Toyumda qeyri-adilik olacaq. Hazırda restoran seçimi gedir və ən yaxşı məkanda toyumuzu edəcəyik. Toya at belində gəlməkdən danışıram. Qorxuram ki, at hürkər və məni belindən atar. Bu gün atdığım hər addımdan qorxuram, çünki sabah mənə şərləyə bilərlər. Ailə həyatı qurduqdan sonra hərəkətlərimdə daha diqqətli olacağam”. X. Şuşalı toyuna dəvət edəcəyi sənətçiləri hələ müəyyənləşdirməyib: “Hamını dəvət etmək fikrindəyəm. Kim gələrsə göz üstə yeri olacaq. Keçmiş “W trio”dan konkert kimi dəvət edəcəyimi bilmirəm. Hansının ürəyi istəsə gələr. Lazımsız insanların söz-söhbəti məni özümdən çıxarır və bu gün əsəb gərginliyi keçirirəm. Bilmirəm nə edim, hara qaçım ki, bunlardan canım qurtarsın. Mən tək, onlar çox... Düşünürəm ki, ailə həyatından sonra sənətimdə müsbət dəyişikliklər olacaq. Gələcək həyat yoldaşım sənətimdə mənə dəstək olacaq. O məni heç zaman seçim qarşısında qoymayacaq. Toy hazırlıqları gedir, hər şeyin mükəmməl olması üçün çalışırıq. Gəlinlik paltarımı stilist Syamaya həvalə edəcəyəm. Xüsusi tikiləcək və bütünlüklə əl işləri olacaq. Toyda həyat yoldaşım üçün xüsusi ifa etdiyim mahnını təqdim edəcəyəm. Toyuma 200 nəfər qonaq çağırmaq istəyirəm, bunlar yalnız məni istəyən insanlar olacaq. Gələcək həyat yoldaşımla birgə qonaqlara rəqs hədiyyəmiz də olacaq. Artıq evimiz hazırdır. Oğlan ev alıb, içini də doldurub. Üç otaqlı yeni tikilmiş bina evidir. Artıq uşaq üçün otaq da hazırlamışıq. Mən dörd uşaq anası olmaq istəyirəm”. Gələcək həyat yoldaşını bir dəfə gördüyünü etiraf edən X.Şuşalı yalnız telefonla əlaqə saxladıqlarını deyir: “İş adamı olduğumuz üçün görüşmək imkanımız olmur. Ancaq teılefon əlaqəsi saxlayırıq. Sözün düzü, bu il ailə qurmaq haqqında düşünmürdüm, sadəcə yaxşı insan olduğu üçün ailəm razılıq verməyimi istədi. Hörmət üstündə qurulan ailə daha məqsədəuyğundur”.













1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR