Bank Of Baku

“Şeron”un biri Azərbaycandan gedir

“Şeron”un biri Azərbaycandan gedir
# 04 iyul 2008 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu bundan sonra Türkiyədə fəaliyyət göstərəcək. Qrupun rəhbəri Rüstəm Zeynallı APA-ya açıqlamasında deyib ki, yaxın günlərdə bütün “Şeron” qrupu və ansamblı Azərbaycanda fəaliyyətlərinə son qoyacaq: “Bütün qrup üzvləri və ansamblı faəliyyətini Türkiyədə davam etdirmək üçün sərfəli dəvət alıb. Mən də qrup və ansambl rəhbəri kimi bu təklifi dəyərləndirmək fikrindəyəm. Düşünürəm ki, Türkiyədəki fəaliyyətimiz daha parlaq olacaq və qazandığımız uiğurların səsi Azərbaycana da gəlib çatacaq”. Bu ayın sonunda artıq qrupun və ansamblın üzvləri Türkiyəyə gedəcək və ciddi fəaliyyətə başlayacaqlar. R.Zeynallı bildirib ki, Türkiyədə də qrup və ansambl fəaliyyətini “Şeron” adı altında davam etdirəcək. Qrupun Türkiyədə yeni albomu hazırlanacaq, konsertləri təşkil olunacaq: “Hələlik bu fəaliyyətin nə zamana kimi davam edəcəyini bilmirik. Fəlaiyyətimiz uğurlu alınsa, elə bundan sonra oarada işləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR