Bank Of Baku

Azərbaycan sənətçilərinin çoxu istirahət üçün Bodrumu seçir - SORÄžU

Azərbaycan sənətçilərinin çoxu istirahət üçün Bodrumu seçir - <font color=red>SORÄžU</font>
# 04 iyul 2008 10:00 (UTC +04:00)
APA-nın əməkdaşı sənət adamlarının istirahət üçün hansı məkana üz tutacaqlarını aydınlaşdırmaq üçün sorğu keçirib. Məlum olub ki, sənətçilərin bir qismi hələ ki, istirahət haqqında düşünmürlər. Röya Ayxan istirahətə getmək haqqında düşünməyə vaxtı olmadığını, üç günlük solo konsertə ciddi-cəhdlə hazırlaşdığını deyib. O, istirahət barədə yalnız konsertlərdən sonra düşünəcəyini bildirib. Əməkdar artist Aygün Kazımova bütün yayı aparıcısı olduğu “Xeyir ola” verilişində keçirəcəyini söyləyib. Nazpəri Dostəliyeva da hələ ki, bir yerə getmək haqqında düşünmür. Ötən həftə əkiz qız anası olan müğənni Rəqsanə bu yay istirahət etmək fikrində deyil. Sənətçi bu ilin yarısını istirahətə sərf etdiyindən yayın iki ayını işləmək fikrindədir, ancaq bu müddət ərzində bir neçə günlük Azərbaycanın bölgələrinə də getməyi planlaşdırır. Abbas Bağırov da istirahət haqqında düşünməyən sənətçilər sırasındadır. Başının yaradıcılığına qarışdığını bildirən sənətçi, yayı da boş keçirmək niyyətində deyil. Xumar Qədimova isə Aygün Kazımova ilə münasibətlərinin pozulmasından sarsılaraq istirahət etmək istəmir. Sənətçi hələ ki, çox məşğul olduğunu və nəinki istirahət etməyə, hətta bu haqda düşünməyə belə vaxtı olmadığını vurğulayıb. Qızının çox balaca olduğunu və buna görə də istirahət üçün xarici ölkəyə gedə bilmədiyini qeyd edən Lalə Məmmədova bu səbəbdən də Şüvəlandakı bağında istirahət edəcək. Ədalət Şükürov isə artıq istirahət etməyə başlayıb. Sənətçi yaxın günlərdə ailəsi ilə birgə Fransanın Monte-Karlo şəhərinə səfər edəcək və istirahətini orada davam etdirəcək. Xalq artisti İlhamə Quliyeva isə artıq istirahətə başlayıb. O, gününü Zağulbadakı bağ evində keçirməyə üstünlük verir. Faiq Ağayev istirahət üçün Azərbaycanın bölgələrinə üstünlük verəcək. Kərim ailəsi ilə birlikdə Türkiyənin turizm mərkəzi Bodrumda dincələcək. Xuraman Şuşalı isə istirahətə toydan sonra həyat yoldaşı ilə birlikdə getməyi planlaşdırır. Yeni cütlük Amerikada istirahət edəcək. Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu bütün yayı İstanbulda keçirəcək. Ancaq qrupun səfəri daha çox işgüzar məqsədlidir. Eyyub Yaqubov isə iki aya yaxındır Rusiyanın Yessentuki şəhərində və Fransada istirahət etdikdən sonra bu günlərdə Bakı kəndlərinin birində olan bağ evinə üz tutub və istirahətini orada davam etdirir. Maestro Ceyhun da ailəsi ilə birgə Talyatti və Bodrum da dincələk. Daha sonra o, istirahətini Azərbaycanın bölgələrində davam etdirmək fikrindədir. İyulun 7-də Bodruma gedəcəyini deyən Rüfət Axundov burada 10 gün istirahət edəcək. Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu isə hələ ki, istirahət edib-etməyəcəyini müəyyənləşdirməyib. Qrup üzvləri bu ayda Kazana səfər edəcəklərini və bu səfərdən həm iş, həm də istirahət üçün istifadə edəcəklərini bildiriblər. Tünzalə Ağayeva isə iyulun sonralarında Antalyaya getmək və beş gün müddətində orada istirarət etməyi planlaşdırır. Manana həyat yoldaşı Georgi ilə birgə Gürcütastanda istirahət etmək fikrindədir. Müğənni Ruhi istirahət üçün Türkiyəyə üz tutacaq. Murad Dadaşov isə işlədiyi “Lider” televiziyasının istirahət evində dincələcək. İradə İbrahimova yayın daha isti ayı hesab olunan avqutsda Bodrumda istirahət etməyə üstünlük verib. İ.İbrahimova seçdiyi məkanda on gün müddətində istirahət etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR