Bank Of Baku

Röyanın konserti anşlaqla keçib - FOTOSESSIYA

Röyanın konserti anşlaqla keçib - <font color=red>FOTOSESSIYA</font>
# 06 iyul 2008 12:53 (UTC +04:00)
Belə ki, Röya səhnəyə çıxar-çıxmaz tamaşaçılar arasında dava düşüb. Tamaşaçılar arasında yaşanan bu xoşagəlməz olay isə yer üstündə olub. Bunu görən Röya hər addımında qalmaqal yaşandığını gülərək qeyd edib: “İstəsəm də, istəməsəm də atdığım hər bir addımın əvvəlində qalmaqal olur. Elə indi konsertimdə də dava düşməsi mənə bir o qədər də təəccüblü gəlmədi. İnanın ki, qalmaqaldan bezmişəm, mən özüm qalmaqalı heç sevmirəm”. İki saatdan artıq səhnədə çıxış edən Röya tamaşaçılar qarşısında həm köhnə, həm də yeni mahnılarını ifa edib. Konsertinə “Bahar”la start verən Röya, daha sonra “Dünya içində dünyamsan”, “Nazlı”, “Ayrılıq”, “Mən elə mənəm”, “Aldatma”, “Neyləyim”, “Fərəh”, “Dön gəl” və digər mahnılarını da oxuyub. Konsertdə Röya Tunar Rəhmanoğlu ilə yeni yazdırdığı “Yollarımız”, Elşad Xose ilə “Gəl danış” və “Can bala” qrupu ilə “Gəlmədin”i oxuyub. Konsertdə yaddaqalan məqamlardan biri isə bir çox müğənnilərin prodüseri işləmiş Tolikin Röya üçün “Səninəm” mahnısını ifa etməsi olub. Röya “Deməyəcəm” adlı üç günlük konsertinin ilk gününə “Ana” mahnısı ilə yekun vurub. Onu da qeyd edək ki, konsert anşlaqla keçib. Sənətçi iyulun 6-sı və 7-də də Yaşıl Teatrın səhnəsində kosnert proqramı ilə çıxış edəcək. Röyanın sonuncu konserti xeyriyyə məqsədi daşıyacaq.
Qeyd edək ki, konsertin təşkilatçısı “Səs Organization”, informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur.



































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR