Bank Of Baku

Madonna Aleks Rodriqesin ailəsini dağıdıb

Madonna Aleks Rodriqesin ailəsini dağıdıb
# 07 iyul 2008 13:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Məşhur Hollivud müğənnisi Madonnanın beysbolçu Aleks Rodriqeslə görüşməsi sonuncunun ailəsinin dağılmasına səbəb olub. APA-nın məlumatına görə, son günlərin ən gündəmdə olan qalmaqallı məsələsi Aleksin həyat yoldaşının boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsidir. Sintiya Rodriqes bu hərəkətdən təngə gələrək iki qızının atası olan Alekslə boşanmağa qərar verib. Sintiyanın vəkili Erl Lilli isə mətbuata açıqlama verərək, boşanmanın həqiqətən də bu səbəbdən olduğunu deyib: “Madonna ilə Rodriqes arasında olan münasibətdən xəbəriniz var. Məhz onların bu isti münasibəti də boşanmaya səbəb oldu. Boşanma haqqında sənədlərdə göstərilən Aleks Rodriqesin xəyanət əhvalatlarının heç biri izah olunmayacaq”. Vəkilin dediyinə görə, sənədlərin əsas məqsədi ədaləti bərpa etmək və qadına onun həyatında olan çətin mərhələni keçməyə kömək etməkdir. Sintiyanın fikrincə isə, Aleks Madonna ilə görüşəndən sonra çox dəyişilib. Bu görüşlərdən sonra Aleks çox soyuq ata və həyata yoldaşına çevrilib. Madonna isə hazırda Nyu-Yorkda qanuni həyat yoldaşı Qay Riçi ilə həyat sürür və bu münasibətlər hələlik onun ailəsinə təsirini göstərməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR