Bank Of Baku

Röyanın konsertində külək dekorasiyaları uçurub

Röyanın konsertində külək dekorasiyaları uçurub
# 08 iyul 2008 08:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Röya üç günlük solo konsertinə yekun vurub. APA-nın məlumatına görə, açıq hava altında Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilən hər üç konsert həm repertuar, həm də geyimlərin seçimi baxımından fərqlənib. Sonuncu konsertdə hava şəraitinin pis olması nə tamaşaçıların əhval-ruhiyyəsinə, nə də Röyanın ifasına mənfi təsir göstərməyib. Xeyriyyə məqsədi daşıyan konsertdə uşaq evlərinin 100-dən artıq sakinləri və əlil uşaqlar iştirak ediblər. Röya konsertində daha fərqli repertuarla çıxış edib. O, proqrama “Şeron” qrupu ilə birgə ifa etdiyi “De niyə”, “Dəyirman” və Tunar Rəhmahnoğlu ilə yeni mahnıalrını daxil edib. Konsertdə Röyanın qonaqları qismində müğəni Kərim, Əkbər, bəstəkar Nailə Mirməmmədli və başqaları da iştirak ediblər. Konsertin əvvəlki proqramlardan fərqli cəhətlərindən biri isə hava şəraiti ilə əlaqədar səhnə dekorasiyasının dağılması olub. Röyanı bəzi mahnılarda “Nero” rəqs qrupu müşayiət edib. Üç günlük konsertdə sənətçi modelyer Gülnarə Xəlilovanın hazırladığı fərqli geyimlərlə tamaşaçıların qarşısına çıxıb. Konsertin sonunda üç gün ərzində onu tək qoymayan tamaşaçılara təşəkkürünü bildirən Röya, bundan sonra daha da aktiv işləyəcəyinə söz verib. Qeyd edək ki, “Səs Organization”ın təşkilatçısı olan konsertin informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR