Bank Of Baku

Alla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq

Alla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq
# 10 iyul 2008 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın xalq artisti Alla Puqaçova uzun müddətdir aralarında münasibətlərin olduğu söylənilən Maksim Qalkinlə ailə həyatı quracaq. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Maksim Qalkinin 32 yaşının qeyd olunduğu mərasimdə çıxış edən Alla Puqaçova “Mən səni heç kimə verməcəyəm və səni evləndirəcəyəm” deyərək, ona evlənmə təklifi edib. Maraqlıdır ki, yeni cütlüyü ilk təbrik edən Boris Moiseyev olub. Rusiya mətbuatının yazdığına görə, sevgililər 2001-ci ildə Flipp Kirkorov vasitəsilə tanış olublar. Qeyd edək ki, Maksim çoxdandır ki, Allanın evinin qonağı deyil. Belə ki, yumorist ötən ildən onun evində yaşayır və bütün bayramları bərabər keçirirlər. Bu ilin aprelində isə Maksim sevgilisinin ad gününə görə Almaniyada keçirilən qastrollardan imtina edib və bu addım ona böyük maliyyə itkiləri hesabına başa gəlib. Ailə qurmaq qərarını verən cütlük hazırda toy gününü və məkanı müəyyənləşdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR