Bank Of Baku

Erməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında “Yenə tək” mahnısı da daxil edilib

Erməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında “Yenə tək” mahnısı da daxil edilib
# 11 iyul 2008 09:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu günlərdə Moskvada erməni estrada ifaçılarının mahnılarından ibarət albom işıq üzü görüb. Albomda erməni estrada ulduzlarının, o cümlədən Ermənistanı “Eurovision-2008” təmsil edən Siruşonun ifası ilə yanaşı, Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın ifasında “Yenə tək” kompozisiyası da yer alıb. Bu barədə APA-ya açıqlama verən Aygün Kazımova hadisədən şoka düşdüyünü etiraf edib: “Amma bu diskin pirat disk olması məni bir az rahatladır. Özü də diskə qulaq asdıqda mahnının internetdən götürüldüyü məlum olur. Çünki olduqca keyfiyyətsiz bir şəkildədir. Bir müddət əvvəl də mənim ifa etdiyim “Gəncəm” mahnısının sözləri dəyişdirilərək erməni sənətçiləri tərəfindən ifa olunmuşdu. Ancaq mahnı həmin mahnı idi”. Aygün Kazımova məsələ ilə bağlı hər hansısa bir addım atmaq fikrində olmadığını deyib. Sənətçinin sözlərinə görə, albomun kim tərəfindən hazırlandığı məlum olmadığını görə belə bir addım atmaq lüzumsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR