Bank Of Baku

“Best model of Azerbaijan” model yarışmasında modellər səhnəyə milli geyimlərdə çıxacaqlar - FOTOSESSIYA

“Best model of Azerbaijan” model yarışmasında modellər səhnəyə milli geyimlərdə çıxacaqlar - <font color=red>FOTOSESSIYA</font>
# 11 iyul 2008 13:57 (UTC +04:00)
Müğənni anonsda özünə tərəf-müqabili kimi “Best model of the World-2007” yarışmasında I yerə layiq görülən Rüstəm Cəbrayılovu seçib: “Anonslar Fuad Əlişovun rejissorluğu ilə çəkiləcək. Anonsların ssenarisinə görə bir fotoqarafa ehtiyac var idi. Mən də həmin obrazı yaratmaq üçün Rüstəmi seçdim. Çünki dünyanın ən gözəl oğlanının bu anonslarda çəkilməsini istəyirəm”. Ruhi deyib ki, bu anonslar modelləri yarışmaya dəvət etmək üçün hazırlanır. Anonslar efirə getdikdən sonra isə modellər seçiləcək: “Anonslar bir aya yaxın efirə gedəcək. Modellərin seçimi üç mərhələli olacaq. İlk mərhələdən sonra bütün modellər üçün treninqlər təşkil olunacaq. Onu da deyim ki, ilk dəfə olaraq bu yarışmada modellərimiz milli geyimlərdə səhnəyə çıxacaqlar. Səhnə dekorasiyası da şərq üslubunun elementlərindən istifadə olunacaq”. Yarışmanın prezidentinin sözlərinə görə, noyabrdın əvvəlində “Best model of Azerbaidjan”, həmin ayın sonlarında isə Türkiyədə “Best model of the World” keçiriləcək. Yarışmanın təşkilinin çox çətin bir iş olduğunu vurğulayan Ruhi bu işin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib. Anonsları çəkəcək rejissor Fuad Əlişov isə ona həvalə olan işin öhdəsindən gələcəyini qeyd edib: “Anonsları çəkəcəyəm və burada heç bir qəliz məsələ yoxdur. İşimiz bundan ibarətdir”. Qeyd edək ki, müsabiqədə istifadə olunacaq geyimlərin bir qismi artıq hazırdır. Geyimləri modelyer Zemfira Qurbanova hazırlayır. “Best model of Azerbaidjan” yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR