Bank Of Baku

Röya Musiqili Komediya Teatrında işə götürülüb

Röya Musiqili Komediya Teatrında işə götürülüb
# 11 iyul 2008 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müğənni Röya Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə götürülüb. Bu barədə APA-ya teatrın direktoru Əliqismət Lalayev məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən Röya həmin teatrda aktrisa ştatına təsdiq olunub. Teatr rəhbəri Röyanın Musiqili Komediya Teatrından əmək haqqı alacağını da deyib: “Röyanı ilk əvvəl Gövhər Həsənzadənin hazırlayacağı “Günəş Şərqdən doğur” modern müziklində oynayacaq. Bundan sonra isə teatrda hazırlanacaq tamaşaların hansına uyğun gəlsə, o obrazı da canlandıracaq. Röyanın çox gözəl səsi var, aktrisalığı da bacarır və bir çox tamaşaçıların sevimlisidir. Bundan sonra Röyanın ifasında çox gözəl rolların şahidi olacaqsınız”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR