Bank Of Baku

Venesuelalı Dayana Mendosa dünya gözəli seçilib

Venesuelalı Dayana Mendosa dünya gözəli seçilib
# 14 iyul 2008 08:33 (UTC +04:00)
Vyetnam-APA. Venesuela təmsilçisi, 22 yaşlı Dayana Mendosa “Kainat gözəli-2008” müsabiqəsinin qalibi olub. APA-nın məlumatına görə, bu barədə qərar dünən Vyetnamın Nyaçanq şəhərində keçirilən final müsabiqəsində açıqlanıb. Bir milyard televiziya vasitəsilə izlədiyi müsabiqəyə dünyanın 80 ölkəsindən nümayəndə qatılıb. Münsiflər heyəti onların sırasından 15 ən gözəlini seçib. Ümumi rəy əsasında “Kainat gözəli-2008” müsabiqəsinin tacı Dayana Mendosaya təqdim olunub. Qeyd edək ki, 120 min dollar qiyməti olan tacı Vyetnam zərgərləri hazırlayıblar. Korpusu ağ və sarı qızıldan olan tacın bəzədilməsi üçün mindən artıq qiymətli daş, o cümlədən 30 karatlıq 555 ağ brilyant və 14 karatlıq 375 qırmızı brilyant istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR