Bank Of Baku

Murad Dadaşovun iki ay ərzində 16 kiloqram arıqlamağının sirri APA-da

Murad Dadaşovun iki ay ərzində 16 kiloqram arıqlamağının sirri APA-da
# 15 iyul 2008 08:16 (UTC +04:00)
“Mən arıqlamağı qarşıma məqsəd qoyduqdan sonra xaricə gedib bütün müayinələrdən keçdim. Əmin oldum ki, arıqlamaq mənim səhhətimə heç bir təsir etməyəcək və orqanizmim tamamilə sağlamdır. Artıq iki aya yaxındır ki, səhər çox tez yuxudan dururam və hər gün səhər bir saatdan çox piyada gəzirəm. Həmin müddətin az qismini qaçıram. Eyni zamanda ağ çörəyi qida rasionumdan ümumiyyətlə çıxarmışam. Mənim bu qədər çəki almağımın səbəbi isə zamandan asılı olmayaraq artıq şeylər yeməyim olub. Məhz həkim məsləhəti ilə qida qəbul edirəm və nəticədə göz qabağındadır”. Şoumen deyib ki, o, gün ərzində daha çox su içir və yemək yeməməyə çalışır: “Çox hərəktədə olmağa çalışıram. Bu da arıqlamağın bir növüdür. Həm də bu aralar işim çoxdur və yemək yeməyə vaxtım yoxdur. Özüm də yemək haqqında fikirləşməməyə çalışıram. İşdən gəldikdən sonra acdığımı hiss edəndə başımı atıb yatıram. Həkim məsləhəti ilə çəki atdığım üçün sağlam arıqlayıram. Düşündüm ki, plastik əməliyyata getmək olduqca riskli və təhlükəlidir. Eyni zamanda plastik əməliyyatdan sonra atdığın çəki geri qayıda bilər. Ona görə də öz iradəm sayəsində arıqlamağa üstünlük verdim. Bir azdan lap super oğlan olacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR