Bank Of Baku

Şəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar

Şəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar
# 16 iyul 2008 10:33 (UTC +04:00)
Tanınmış sənətçi Aybəniz Haşımovanın dəvəti ilə Bakıya təşrif buyuracaq aktyorlar bir həftə ərzində Azərbaycanda qalacaqlar. Bu barədə APA-ya məlumat verən Aybəniz Haşımova deyib ki, səfər sentyabrda həyata keçiriləcək: “Səfər əslində bu ilin mayında baş tutmalı idi. Mənim səfərlərim səbəbindən bu planı təxirə saldıq. Ancaq sentyabrda səfəri mütləq gerçəkləşdirəcəyik. Bu, qızım Aynişanın arzusu idi və arzunu həyata keçirməkdə mənə Məlahət Abbasova kömək etdi. Türkiyəli aktyorlarla birlikdə Məlahət xanım da Bakıya gələcək. Aynişanın atasının adı Xalid olduğu üçün o, Onur Aksal rolunu canlıandıran Xalid Ərgənci daha çox sevir”. A. Haşımova qonaqlarını Göygöl, Nabran, Şəki, Masallı və Azərbaycanın digər səfalı guşələrinə aparacağını söyləyib. O, aktyorlara İçərişəhəri və Şəki Xan Sarayını da göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR