Bank Of Baku

Aybəniz Haşımova: “Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm”

Aybəniz Haşımova: “Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm”
# 16 iyul 2008 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycan xalqı qarşısında canla-başla konsert verərəm, ancaq bunun üçün maddi vəsait lazımdır. Çox təəssüf ki, mənim yetərli maddi vəsaitim yoxdur. Konsert üçün maddi vəsait ayrılsa, yorulmadan konsertlər verməyə hazıram”. Bu sözləri APA-ya açıqlamasında müğənni Aybəniz Haşımova deyib. O bildirib ki, bu gün konsert vermək üçün külli miqdarda vəsait lazımdır və sərf olunan vəsaiti konsertdən götürmək qeyri-mümkündür: “Elə vaxtlar olub ki, evdə bir qəpik də pulumuz olmayıb. Ancaq mən heç kimə ağız açıb, pul istəməmişəm. Çünki kiminsə qarşısında əyilmək mənim üçün ən dəhşətli şeydir. Həyatda çox açıqlıqlar görümüşəm, ancaq hamısının öhdəsindən gəlmişəm və sınaqlardan alnıaçıq çıxmışam. Konsert verməyi çox istəsəm də, bunun üçün kiməsə ağız açmağı lazım bilmirəm”. A. Haşımova hazırda bir neçə yeni mahnı yazdırdığını və məşhur “Biri sənsən, biri mən” mahnısına klip çəkdirəcəyini söyləyib. Bununla yanaşı, sənətçi yeni “bülbül”lərin axtarışına da çıxıb. O, hazırkı “Bülbüllər” qrupunun bir üzvünün əsgərliyə getdiyini deyib: “İndiki “Bülbüllər” öz fəaliyyətlərini davam etdirəcək. Anacaq azyaşlı uşaqlardan ibarət ikinci “Bülbüllər” qrupunu yaradıram. Bunlar böyük “bülbül”lərin davamçıları olacaq. Yeni qrup 6 uşaqdan ibarət olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR