Bank Of Baku

Rəmiş Röya ilə duet ifa edəcək

Rəmiş Röya ilə duet ifa edəcək
# 16 iyul 2008 11:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Məşhur gitara ifaçısı Rəmiş Röya ilə duet ifa edəcək. Duet ilk dəfə iyulun 19-da Yaşıl Teatr Bakı Kompleksində “Sənət” adı altında keçiriləcək Rəmişin konsertində səslənəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiuioğlu məlumat verib. Onun sözlərinə görə, konsertdə bir çox sürprizlər olacaq ki, Röya ilə Rəmişin dueti də bu sürprizlər sırasına daxildir: “Konsertdə Rəmiş həm gitara, həm tar, həm də pianoda ifa edəcək. Həmin konsertdə iştirak edən tamaşaçılar Rəmişin ifasında bir neçə canlı mahnının da dinləyicisi olacaqlar”. Konsert təşkilatçısı biletlərin çox yaxşı satıldığını deyib. İki saatdan artıq davam edəcək konsertdə Rəmişin dostları da səhnədə çıxış edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR