Manana: “Azərbaycan vətəndaşı olmaq mənim üçün bütün fəxri adlardan yüksəkdədir”
- Ailə həyatım arzuladığım kimidir və ailə həyatından çox razıyam. Ailə qurmaq çox gözəldir. Arzuladığım kimi ailə həyatı yaşayıram.
- Ana olmağa hazırlaşmırsınız ki?
- Mən ailə qurduğum zaman ana olmağa hazır idim. Övladı Allah verir və bu müqəddəs bir şeydir. Mən uşaqları həddindən artıq çox sevirəm. Allah bunu bizə qismət edəndə hamı, o cümlədən mətbuat nümayəndələri biləcək.
- Son vaxtlar az-az görünürsünüz, deyəsən ailə həyatınız sənətinizə mane olur...
- Qətiyyən belə deyil. Əgər ailə məhəbbət üzərində qurulursa, onda sənətə mane ola bilməz. Qarşılıqlı inam əsasında yaranan ailədə tərəflər bir-birini gözəl anlayır, bu isə sənətdə yüksəlişlərə səbəb olur. Mənim sənətimə ailə nəinki mane olmur, əksinə ailəmdən stimul alıram və sənətimdə irəliləməyə çalışıram. Həyat yoldaşım məni sevir və ruhən başa düşür. Ona görə də Georgi həyat yoldaşı olmaqla bərabər, həm də mənə arxa-dayaqdır.
- Adətən, sənət adamları yeni ailə quranda belə arxayınlıqla danışsa da, sonra seçim qarşısında qalırlar...
- Mən tam əminliklə deyər bilərəm ki, Georgi heç zaman məni seçim qarşısında qoymaz. Çünki alədə inam ən vacib məsələlərdən biridir. Eyni zamanda ailənin sevgi üzərində qurulması da şərtdir. Kişi və qadın bir-birini başa düşməli və ürəklərini birləşdirməlidirlər. Yəni hər baxımdan bir-birini anlamalıdır.
- Toydan sonra Sizin Gürcüstanda yaşayacağınız gözlənilsə də, əksinə Siz Azərbaycan vətəndaşlığını qəbul etdiniz...
- Bu günə kimi iştirak etdiyim müsabiqələrin hər birində Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışmışam. Müvəffəqiyyət qazananda burada hamı sevinsə də, yenə də mənə bir gürcü kimi baxırdılar. Mən gürcü olmağımla həmişə fəxr etmişəm, əslimi-kökümü də heç zaman unutmayacağam. Mənə elə gəlir ki, öz xalqını, vətənini dərindən sevən başqa xalqlara da böyük sevgi ilə yanaşır. Hətta dünyaşöhrətli ustadımız Vaxtanq Kikabidzedən soruşanda ki, Gürcüstandan sonra yaşamaq üçün hansı ölkəni seçərdiniz, o da Azərbaycanın adını çəkib. Demək istəyirəm ki, Azərbaycan bütün gürcülər üçün də doğma ölkədir, biz hamımız qafqazlıyıq. Azərbaycana gəldiyim ilk gündən anama deyirdim ki, mən özümü qürbətdə hiss etmirəm. Azərbaycan vətəndaşı olmağımla həqiqətən də fəxr edirəm. Mənim üçün Azərbaycan vətəndaşı olmaq bütün fəxri adlardan yüksəkdə dayanır. Azərbaycan vətəndaşı kimi təqdim olunmaq mənim üçün hər şeydir. 1998-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin iştirak etdiyi konsertlərdən birində mən də çıxış etdim. Heydər Əliyev ifamı eşitdikdən sonra məni təbrik etdi və təşəkkürünü bildirdi. Çox təəssüflər olsun ki, o bu gün yaşamır, ancaq ömürlük bizim hər birimizin beynimizdə həkk olunub. Həmin konsertdən sonra Heydər Əliyev gözlənilmədən bir ağsaqqal kimi ilk əvvəl mənə yaxınlaşdı, əlimi sıxaraq alnımdan öpdü və Azərbaycandakı yaradıcılıq yolunda mənə uğurlar arzuladı. Bu hadisəni heç zaman yaddan çıxarmaq olmaz, çünki o hamıya üzünü tutub “Bu bizim qızımızdır” dedi. Onun bu sözündən sonra məni “Bizim gürcü qızımız Manana” deyərək çağırmağa başladılar. Çox fəxr edirəm ki, bundan sonra mən yaradıcılığımı Azərbaycan vətəndaşı kimi davam etdirəcəyəm.
- Bəs, Azərbaycan vətəndaşlığını qəbul etməyiniz Gürcüstanda necə qarşılandı?
- Bu addımı məhz indi atdığım üçün onlar bunu çox gözəl qarşıladılar. Əgər bu addımı Azərbaycana gəldiyim ilk illərdə atsaydım, bunu qısqanclıqla qarşılayar və məndən inciyərdilər. Azərbaycana gəlişim Gürcüstanın aparıcı kanallarının birində mənim ifa etdiyim mahnını ilin hit mahnısı elan etməsi ilə üst-üstə düşdü. Gedib-gəlməklə Azərbaycanda uğur qazanmağım mümkün olmadığını anladıqdan sonra birdəfəlik burada qalmağa qərar verdim. Bu addımım uzun müddət incikliklərə və söz-söhbətlərə səbəb oldu. Həmin vaxt orada şou-biznesin bəzi nümayəndələri mənə əngəllər törətməyə çalışaraq müxtəlif radio və televiziya verilişlərində mənim mahnılarımın yayımlanmasına əngəllər törədirdilər. Lakin tədricən bütün bu maneələr aradan qalxdı və hər şey yoluna düşdü. Getdikcə fəaliyyətim qiymətləndirildi və mənim fəaliyyətim Azərbaycanla Gürcüstan arasında mədəni körpü adlandırıldı. Mən bununla fəxr edirəm və bu gözəl ənənəni daima davam etdirməyə çalışaçağam.
- Hazırda Georgi yenə Tiflis şəhər meriyasında çalışır?
- Xeyir, biz bir yerdə Bakıda yaşayırıq. Georgi artıq 6 aydır ki, Azərbaycandadır və Bakını artıq məndən də yaxşı tanıyır. Məndən fərqli olaraq o, şəhərin küçələrini adlarına görə, mən isə müxtəlif şadlıq evlərinin və teatrlarının yerlləşməsinə görə tanıyıram. Gürcüstanda o hüquqşünas kimi Tiflis meriyasında çalışırdı. İndi isə Azərbaycanda yeni iş qurmaq fikrindədir. Hazırda ona Azərbaycan və Gürcüstan, hətta Ukraynadan belə müxtəlif avandalıqların gətirilməsi ilə bağlı bir iş təklif olunub.
- O sizi qısqanmır ki?
- Qətiyyən. Çünki bizim münasibətlərimiz inam və məhəbbət üzərində qurulub. Bizim nigahımızı Gürcütsanda II İlya kəsib. Bu da hər adama qismət olmur. Mən əminəm ki, Georgi ilə birgə uzun illər xoşbəxt yaşayacağıq.
- Gürcüstanda konsert verməyi planlaşdırdırısnızmı?
- Əvvəlcə Azərbaycanda solo-konsert vermək fikrindəyəm. Bu konsertdən sonra isə Gürcüstanda konsert verməyi planlaşdırıram. Klip çəkilişləri və albomumun hazırlanması ilə əlaqədar hazırda çox məşğulam, ona görə konsertim də bir qədər ləngidi. Azərbaycandakı solo konsertim payız aylarında olacaq.
- Hansı konsert salonunda?
- Yaşıl Teatr istifadəyə veriləndə ilk öncə konsert vermək mənə təklif olunmuşdu. Artıq rəhbərliklə də danışıqlar aparılmışdı. Konsertə 7-8 gün qalmış məni xəbərdar etdilər ki, artıq konsertə az qalıb, hazırlaş. Mən isə düşündüm ki, verəcəyim konsert belə tez zamanda qeyri-peşəkar formada təşkil olunacaq və bu, tamaşaçıları aldatmaq deməkdir. Konsertdən gəlir əldə etməmişdən öncə fikirləşmək lazımdır ki, sən bu gəliri əldə etmək üçün nə qədər tər tökmüsən. Sonra isə gəlir haqda düşünmək olar. Mən tamaşaçılarıma layiqli konsert vəd edirəm. Məhz hansı konsert salonunu seçəcəyimi payızda qərar verəcəyəm.
- Yeni layihələr, duetlər nəzərdə tutulurmu?
- Bəstəkar İsa Məlikov mənimlə Sevda Ələkbərzadə üçün birgə mahnı hazırlayıb. Bu duet hələ hazır olmasa da, bir neçə günə yekun nəticəyə gəlinəcək. Bu mahnı ilə gözəl nəticələr əldə etmək istəyirik. Hazırladığımız mahnı ilə təkcə səs deyil, eyni zamanda texniki, vokal imkanlarımızı, xarakterimizi göstərməyə çalışacağıq. Fikrimcə, ifaçının əsas göstəricisi yalnız səs deyil, onun daxili dünyası və qəlbidir.
- İstirahət etmək haqqında düşünürsünüzmü?
- Georgi əslən Kabuletdidəndir. Bir neçə gündən sonra istirahət üçün məhz oraya getməyi planlaşdırırq. Hamıya öz yarını tapmağı və xoşbəxt olmağı arzulayıram.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq