Bank Of Baku

“Nu poqodi”nin çəkilməsindən 40 il ötür

“Nu poqodi”nin çəkilməsindən 40 il ötür
# 17 iyul 2008 10:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün məşhur “Nu poqodi” cizgi filminin 40 yaşı tamam olur. APA-nın məlumatına görə, 40 il əvvəl çəkilən populyar cizgi filmi çox qısa müddətdə bütün SSRİ-də kiçikdən böyüyə milyonların qəlbini fəth edib. Bu cizgi filmi “Disneyland”in animasiya filmlərinə adekvat bir addım kimi sifariş edilib. Animasiya filminin rəsmi rejissoru Aleksey Kotyonoçkindir. Amma çoxları bilmir ki, animasiya filminin ilk rəssam və rejissoru Gennadi Sokolski olub. Film senzuradan keçmədiyinə görə bu işi A. Kotyonoçkin davam etdirib. Ssenaristləri Aleksandr Kurlyandski və Arkadi Xayt olan “Nu poqodi”də canavar rolunu Anatoli Papanov, dovşan rolunu isə Klara Rumyanova səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR