Bank Of Baku

Məlahət Abbasova: ““Min bir gecə”nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək”

Məlahət Abbasova: ““Min bir gecə”nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək”
# 17 iyul 2008 10:53 (UTC +04:00)
M. Abbasova APA-ya açıqlamasında valideynlərini görmək və istirahət etmək üçün Bakıya gəldiyini bildirib: “Mən hər il yay aylarında valideynlərimi görməyə gəlirəm. Bu da həmin səfərlərdən biridir. Avqustun 5-nə kimi burada qalacağam və daha sonra Türkiyəyə gedib işlərimi davam etdirəcəyəm”. Türkiyədə populyarlıq qazanmış “Min bir gecə” serialında Mehriban obrazını yaradan M. Abbasova serial tamaşaçıları üçün maraqlı faktlar da açıqlayıb. Onun sözlərinə görə, əslində “Min bir gecə” serialı başa çatmalıydı: ““Kanal D”də yayımlanan bu serialın sezon finalı əslində final olmalı idi. Ancaq telekanal daha 13 seriyanın çəkilməsini istədi. Bütün ssenari dəyişdirildi və serial iştirakçıları da bununla razılaşdılar. Yəni “Min bir gecə”nin bitməsinə 13 seriya qalıb. Mən isə bu 13 seriyanın hamısında çəkilməyə razılıq vermədim. Çünki artıq müqaviləmin vaxtı bitib və başqa işlərim var. Sonuncu 13 seriyadan 4 seriyaya çəkilməyə razılıq verdim. İndi deyə bilmərəm, serialdakı Mehribanı öldürəcəklər, ya harasa göndərəcəklər”. Aktrisa teatrla bağlı bir sıra yeni layihələri olduğunu, hələlik başqa seriala çəkilməyi düşünmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR