Bank Of Baku

Rəmişin konsertinin vaxtı dəyişdirilib

Rəmişin konsertinin vaxtı dəyişdirilib
# 17 iyul 2008 13:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gitara ifaçısı Rəmişin iyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirəcəyi konsert təxirə salınıb. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsert iyulun 30-da keçiriləcək: “İyulun 23-ü Ağdamın işğalının ildönümüdür. İşğal günü ərəfəsində konsert vermək istəmədik.Tamaşaçılarımızı iyulun 30-da gözləyəcəyik”. Konsert Yaşıl Teatr Bakı Konsert Komleksində “Sənət” adı altında keçiriləcək. Konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR