Bank Of Baku

Məşhur aktyor Al Paçino Moskvaya köçür

Məşhur aktyor Al Paçino Moskvaya köçür
# 18 iyul 2008 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Məşhur aktyor Al Paçino Moskvaya köçür. APA-nın məlumatına görə, milyonlarla qadınların sevimlisi olan 68 yaşlı aktyor iki həftədən sonra dörd ay müddətinə Moskvada yaşamağa gəlir. Hollivud əfsanəsinin səfəri məşhur kinoprodüser, Rusiya prezidenti Dmitriy Medvedevin qohumu Sergey Konovun şəxsi dəvəti ilə gerçəkləşəcək. Deyilənlərə görə, Sergey Konova aktrisa Yekaterina Rednikova ilə evlənməyi məhz Al Paçino məsləhət edib. Aktyorun Rusiyaya səfəri ekskursiya məqsədi daşımır. Aktyor Konovla birgə yeni kinoşedevr çəkməyə hazırlaşır. 4 ay müddətində aktyor Moskvanın ən bahalı otellərindən birində yaşayacaq. Həmin oteldə bir otağın gündəlik icarə haqqı 200 min rubldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR