Bank Of Baku

“Best model of Azerbaijan-2008”in final şousu Türkiyənin tanınmış xoreoqrafı Tamər Kurtər tərəfindən hazırlanacaq

“Best model of Azerbaijan-2008”in final şousu Türkiyənin tanınmış xoreoqrafı Tamər Kurtər tərəfindən hazırlanacaq
# 21 iyul 2008 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Best model of Azerbaijan-2008” yarışmasının final şousu Türkiyənin tanınmış xoreoqrafı Tamər Kurtər tərəfindən hazırlanacaq. Bu barədə APA-ya “Best model of Azebayjan-2008” yarışmasının koordinatoru Nəzakət Hacıyeva məlumat verib. O, “Best model of Azerbaijan-2008” yarışmasının prezidenti Ruhi ilə birlikdə Türkiyəyə səfər edərək Ərkan Özərman, Nahid Kabakçı və Tamər Kurtərlə görüşdüklərini bildirib: “Biz Azərbaycanda düzənlənəcək yarışmanın mükəmməl olması üçün məhz Tamər Kurtərlə əməkdaşlıq etmək qərarına gəldik. Səfər zamanı onunla görüşüb razılıq əldə etdik. O, yarışmanın finalından bir həftə əvvəl Bakıya gələcək”. Layihə koordinatorunun sözlərinə görə, müsabiqədə Avropanın tanınmış modelyerlərindən birinin də qonaq qismində iştirakı nəzərdə tutulur. Yarışmanın səhnə dekorasiyasını isə azərbaycanlı memar Rəfael Abdullayev hazırlayacaq.
Qeyd edək ki, “Best model of Azerbaijan-2008” yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR