Bank Of Baku

Vladimir Putin “Eurovision-2009” yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb

Vladimir Putin “Eurovision-2009” yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb
# 21 iyul 2008 13:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın baş naziri Vladimir Putin “Eurovision-2009” musiqi yarışmasının Moskvada keçirilməsinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu qərar Rusiya hökumətinin toplantısında qəbul olunub. Vladimir Putin qərarını Moskvadakı obyektlərin hazırlıq səviyyəsi, infrastrukturun inkişafı və müsabiqənin keçirilməsinə daha az xərc tələb olunması ilə əsaslandırıb. O, baş nazirin müavini Aleksandr Jukova “Eurovision-2009” yarışmasının keçirilməsinə dair hazırlıq planının hazırlanması tapşırığını verib. Qeyd edək ki, Belqradda keçirilən “Eurovision-2008” yarışmasında Rusiya təmsilçisi Dima Bilanın qalibiyyətindən sonra Moskva şəhəri növbəti yarışmaya ev sahibliyi etmək haqqı qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR