Bank Of Baku

Xatirə İslam: “Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm”

Xatirə İslam: “Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm”
# 23 iyul 2008 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Mən bu gün yetərincə məhşuram və sevilirəm. Açıq danışaq, indi Azərbaycanda beş müğənnidən biriyəm. Bunu danmaq lazım deyil”. Bu açıqlamanı APA-ya müğənni Xatirə İslam verib. O artıq heç bir reklama ehtiyacı olmadığını bildirib: “Bir korifey sənətkarımız üçün klip çəkdirməyi düşünürəm. Adını açıqlamaq istəmirəm, fikrimi oğurlaya bilərlər. Mənə elə gəlir ki, korifeylərin hamısı seyiddir və onlara yaxşılıq edən xeyir tapır. Amma bu yolla əsla özümü reklam etmək, gündəmdə qalmaq fikrində deyiləm”. Xatirə indi heç efirə də ehtiyacı olmadığını açıqlayıb: “Düzdür, efirə hamının ehtiyacı var, amma üç-dörd il bundan əvvəl mənim efirə çıxmaqdan ötrü ürəyim gedirdi, bu gün isə elə deyil. İndi dəvət olunduğum verilişlərdə iştirak edə bilmirəm, yatıb qalıram. Halbuki vaxt var idi ki, o verilişlərdən ötəri pul xərcləyirdim”. Hələlik ailə qurmaq fikrində olmadığını deyən müğənni, buna səbəb olaraq yaşının azlığını göstərib: “Mənim 26 yaşım var. Hələlik ailə qurmaq fikrində deyiləm. Elə bir insan yoxdur ki, məni olduğum kimi qəbul etməyə razılaşsın. Belə bir oğlan tapandan sonra ərə gedəcəyəm. Həm də ailə qursam, tamaşaçıların gözünə daha az-az görünəcəyəm”. Xatirə tələbə yetişdiən həmkarlarına da münasibət bildirib: “Bəzi müğənnilər özlərini müəllim, professor kimi aparır, onlara baxıb gülürəm. Mən bu gün özümü müəllim kimi aparmaq fikrində deyiləm, çünki həm sənətdə gəncəm, həm də yaşım azdır. Bəlkə də 40 yaşımda əlimdə qələm, gözümdə eynək ciddi şəkildə tələbə qarşısında oturacağam. İndi isə şıltaq qız obrazındayam. Ailə qurana kimi bu obrazda olacağam”. Avtomobil sürərkən yalnız xalq artisti Aygün Bayramovanın ifasını dinlədiyini deyən Xatirə onun ifasından çox şey öyrəndiyini bildirib: “Bu zamana kimi mən Aygün Bayramovadan başqa heç bir Azərbaycan sənətçisinin diskinə pul verməmişəm. Mənim avtomobilimdə ancaq Aygün Bayramovanın diski var və sükan arxasında olanda ancaq ona qulaq asıram. Yəni Aygün Bayramovadan nə isə öyrənirəm. Mən heç zaman öz ifama qulaq asmıram. Bilmirəm bu yaxşıdır, yoxsa pis”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR