Bank Of Baku

Nahid Emiloğlu: “Sezen Aksunun ermənilərlə əlaqəsini aşkarladıqdan sonra onun Bakıda konsertinin təşkilindən imtina etdik”

Nahid Emiloğlu: “Sezen Aksunun ermənilərlə əlaqəsini aşkarladıqdan sonra onun Bakıda konsertinin təşkilindən imtina etdik”
# 23 iyul 2008 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sezen Aksunun yeni işıq üzü görən “Dəniz ulduzu” albomundakı mahnıları erməni ansamblının müşayiəti ilə ifa edib. Bu barədə APA-ya açıqlamasında Sezen Aksunu konsert vermək üçün Bakıya gətirmək niyyətində olan təşkilatçı Nahid Emiloğlu deyib. Bundan sonra heç vaxt Sezen Aksunun Azərbaycanda konsertini təşkil etməyəcəni deyən təşkilatçı, hətta yerli radio dalğaları və televiziya kanallarına onun ifasının yayımlamamağı məsləhət görüb: “Bizim məqsədimiz onun yeni işıq görən albomu əsasında Bakıda konsertini təşkil etmək idi. Amma yeni albomunun arxasında erməni ansamblının və bəstəkarının adının qeyd olunduğunu görəndə bu fikirdən daşındıq. Albomdakı mahnıların oranjemançısı da, bəstəkarı da, ifaçıları da milliyyətcə ermənidir. Bu albomdan hələlik heç kimin xəbəri yoxdur. Qəti qərara gəldik ki, ümumiyyətlə onun kosnerti haqqında heç vaxt danışmayaq. Fikrimcə bundan sonra heç bir kanal, heç bir radio Sezen Aksunun mahnılarını yayımlamamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR